Advertisement

Putin və Kim Çen Inn hərtərəfli strateji tərəfdaşlıq sazişi imzalayıb

Bakı. Trend:

Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen
Inn arasında təkbətək danışıqlar başa çatıb.

Trend xarici KİV-lərə
istinadən xəbər verir ki, iki dövlətin liderləri Pxenyanda iki
saata yaxın təkbətək danışıqlar aparıb.

Məlumata görə, dövlət başçılarının bu formatda ünsiyyəti üçün
əvvəlcə bir saata yaxın vaxt ayrılsa da, lakin sonradan
danışıqların vaxtı bir saat da uzanıb.

Daha sonra Putinlə Kim Çen Inn Rusiya Federasiyası və KXDR
arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında Saziş
imzalayıblar.