Advertisement

Yunanıstanda güclü meşə yanğını: yaşayış məntəqələri boşaldıldı

Bakı. Trend:

Yunanıstanın paytaxtı Afinadan 30 kilometr aralıda yerləşən
Lambrakidə baş verən meşə yanğını başlayıb.

Trend bu barədə xarici
KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, yanğın səbəbindən ətrafdakı yaşayış məntəqələri
boşaldılıb.

Yunanıstanın İqlim Böhranı və Mülki Müdafiə Nazirliyindən Koropi
yaxınlığındakı Lambrakidə meşə yanğını səbəbindən vətəndaşların
mobil telefonlarına ərazini tərk etmələri ilə bağlı təcili
xəbərdarlıq göndərilib.

Qeyd edilir ki, güclü külək səbəbindən nəzarət altına alına
bilməyən yanğınla əlaqədar Kiçi qəsəbəsi boşaldılıb, təhlükəsizlik
məqsədi ilə bəzi yollar nəqliyyatın hərəkətinə bağlanıb.