Bakı. Trend:
Livandan İsrailin şimalına bir saat ərzində on beş mərmi
atılıb.
Trend-in
məlumatına görə, İsrail ordusunun (ÇAXAL) mətbuat xidməti xəbər
verib.
Məlumata əsasən, İsrail qırıcıları Livanın “Hizbullah”
hərəkatının hərbi binalarına və hədəflərinə zərbələr endirib.
“Bir saat ərzində Livandan [İsrailin şimalındakı] 15 mərmi
atılıb, onlardan bəziləri ÇAXAL-ın hava hücumundan müdafiə sistemi
tərəfindən vurulub. Xəsarət alanlar barədə məlumat verilməyib”, –
deyə bildirilib.





























