Advertisement

Ərdoğan Putinlə ŞƏT sammiti çərçivəsində danışıqlar aparmağı planlaşdırır

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir
Putinlə danışıqlar aparmağı planlaşdırır.

Trend-in məlumatına grə, danışıqlar keçirilməsi iyulun 3-4-də
Astanada keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti
çərçivəsində planlaşdırılır.

Bu görüşün gündəliyinə Ukrayna münaqişəsi, taxıl tədarükü
kontekstində Qara dəniz mövzusu, Akkuyu AES-də işlərin gedişi, qaz
ticarəti mərkəzinin yaradılması perspektivləri, eləcə də
Azərbaycanda seçkilər daxil ola bilər.