Advertisement

ABŞ İŞİD-in yüksək rütbəli nümayəndəsini məhv edib

Bakı. Trend:

ABŞ ordusu Suriyada İŞİD-in yüksək rütbəli nümayəndəsini məhv
edib.

Trend-in
məlumatına görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi
Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsində bildirib.

“İyunun 16-da Mərkəzi Komandanlıq Suriyada İŞİD-in yüksək
rütbəli funksioneri Usamə Camal Məhəmməd İbrahim əl-Cənabini hava
zərbəsi nəticəsində məhv edib”, – deyə bildirilib.

Qeyd olunub ki, “onun ölümü təşkilatın resursları təmin etmək və
terror hücumları həyata keçirmək qabiliyyətini sarsıdacaq”.

Məlumata əsasən, zərbə nəticəsində mülki əhalinin tələfatı
barədə məlumat daxil olmayıb.