Bakı. Trend:
ABŞ-nin yarımkeçirici məhsulları istehsalçısı olan “ON
Semiconductor Corp.” (Onsemi) şirkəti Çexiyada çiplərin istehsalı
zavodu tikməyi planlaşdırır.
Trend-in məlumatına görə, bu barədə şirkətin məlumatında
bildirilib.
Silisium karbiddən yarımkeçiricilər istehsal edəcək bu layihəyə
investisiyalar 44 milyard çex kronu (2 milyard dollar) təşkil
edəcək. Bu çiplər ənənəvi çiplərdən daha möhkəm və enerjiyə
qənaətlidir və elektrik nəqliyyat vasitələri və məlumat mərkəzləri
kimi sahələrdə artan tələbat görməyə başlayır.
“Onsemi” artıq Çexiyada silisium və silisium karbid plastinləri
istehsal edir (ildə 3 milyon ədəddən çox), həmçinin silisium
kristalları yetişdirir.
Qeyd olunub ki, yeni müəssisənin tikintisi başa çatdıqdan sonra
şirkətin Çexiyanın ÜDM-ə töhfəsi 270 milyon dollardan çox
olacaq.





























