Bakı. Trend:
“Just Stop Oil” hərəkatının ətraf mühit fəalları bu mövzuya
diqqəti artırmaq üçün İngiltərədəki Stounhenc daşlarına narıncı toz
boya səpiblər.
Trend bu barədə xarici
KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, polis iki fəalın saxlanıldığını bildirib.
Britaniyanın baş naziri Rişi Sunak etirazçıların hərəkətlərini
tənqid edib.
Xatırladaq ki, Stounhenc eramızdan əvvəl 3000-2000-ci illər
arasında Solsberi düzündə dairəvi şəkildə quraşdırılmış beş metrlik
daşlar qrupudur. Bəzi tədqiqatçılar buranın qədim rəsədxana
olduğuna inanırlar. Onun məqsədi ilə bağlı mübahisələr səkkiz
əsrdən artıqdır ki, səngimir.





























