Advertisement

Ekvador zülmətə qərq olub: əhali susuz, nəqliyyat iflic vəziyyətdə qalıb

Bakı. Trend:

Ekvador tamamilə zülmətə qərq olub, ölkənin hər yerində elektrik
enerjisinin kəsilməsi qeydə alınıb.

Trend bu barədə ölkənin yerli
KİV-ləırinə istinadfən xəbər verir.

Məlumata görə, buna səbəb elektrik xətlərində baş verən
nasazlıqdır.

Paytaxt Kitoda metro işləmir. Həmçinin, işıqforların işləməməsi
şəhərdə nəqliyyat sıxlığına səbəb olub. Ölkədə internet
xidmətlərində fasilələr müşahidə olunur.

Qeyd edək ki, Ekvador bir neçə aydır, enerji sahəsində ağır
böhran yaşayır. Quraqlıq səbəbindən su elektrik stansiyalarının
işləməməsi və Kolumbiyadan elektrik enerjisi tədarükünün
dayandırılması vəziyyəti daha da ağırlaşdırıb.