Advertisement

Bu ölkə ukraynalı qaçqınlar üçün bəzi ödənişləri ləğv edir

Bakı. Trend:

Polşanın hakimiyyət orqanları iyulun 1-dən ukraynalı qaçqınların
özəl sektorda yerləşdirilməsi ilə bağlı ödənişləri ləğv etmək
qərarına gəlib.

Trend bu barədə xarici
KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, əvvəllər Ukraynadan olan qaçqınları öz evlərində
yerləşdirən ev sahiblərinə hər qaçqın üçün gündə 40 zlotı (təxminən
10 dollar) ödənilirdi. Eyni zamanda qaçqınların özlərinə ödənilən
300 zloti (təxminən 75 dollar) məbləğində birdəfəlik ödənişlər də
dayandırılacaq.

Qeyd edək ki, Polşa Daxili İşlər Nazirliyinin may ayına olan
məlumatına görə, ölkədə yaşayan 950 mindən çox ukraynalı etibarlı
qeydiyyata malikdir. BMT-nin proqnozuna əsasən, ilin sonunda
Polşada ukraynalı qaçqınların sayı 1,1 milyon nəfəri ötəcək.