Advertisement

Fransa Ermənistandan sonra bu ölkəyə də özüyeriyən artilleriya sistemi satıb

Bakı. Trend:

Estoniya Fransadan 12 ədəd “Sezar” özüyeriyən artilleriya
sistemi alacaq.

Trend bu barədə xarici
KİV-lərə istinadən xəbər verir.

Estoniya Müdafiə İnvestisiya Mərkəzindən qeyd edilir ki, 6 ədəd
155 mm-lik özüyeriyən silah gətirilməli, qalanı isə 2025-ci ilin
ortalarına qədər gətiriləcək. Silahın qiyməti isə hələlik
açıqlanmayıb.

Qeyd edək ki, Fransa adıçəkilən silahlardan Ermənistana da
verib. Onlar 15 ay ərzində İrəvana çatdırılacaq.