Bakı. Trend:
Erməniəsilli hüquqşünas Raya Nazaryan 50-ci çağırış Bolqarıstan
parlamentinin (Xalq Məclisi) yeni sədri seçilib.
Trend xəbər verir ki, bu barədə “Raduo Bulgaria” məlumat
yayıb.
Bildirilib ki, 131 deputat Nazaryanın namizədliyinin lehinə, 66
deputat isə əleyhinə səs verib, 39 nəfər bitərəf qalıb.





























