Bakı. Trend:
Rumıniya Prezidenti Klaus İohannis NATO-nun baş katibi postuna
namizədliyini Niderlandın Baş naziri Mark Rüttenin xeyrinə geri
götürüb.
Trend xəbər verir ki, bu barədə Rumıniya Milli Müdafiə Şurasının
bəyanatda deyilir.
“Prezident Klaus İohannis şura üzvlərini NATO-nun baş katibi
postuna Niderlandın Baş naziri Mark Rüttenin namizədliyi ilə bağlı
fikir bildirməyə və onu dəstəkləməklə bağlı qərar verməyə çağırıb”,
– deyə bəyanatda bildirilir.
Bir müddət öncə, Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji
kommunikasiyalar üzrə əlaqələndiricisi Con Kirbi ABŞ-nin da
NATO-nun növbəti baş katibi postunda Mark Rütteni görmək istədiyini
vurğulayıb.
Qeyd edək ki, Yens Stoltenberq 2024-cü il oktyabrın 1-dək Şimali
Atlantika Alyansının baş katibi postunda qalacaq. Bu qərar NATO-nun
2023-cü il iyulun 11-12-də Vilnüsdə keçirilən sammitində
təsdiqlənib. KİV bunun səbəbini namizədin müəyyənləşdirilməsi ilə
bağlı çətinliklə izah edib. Şimali Atlantika Alyansının baş katibi
üzv ölkələrin konsensusu əsasında təyin olunur.





























