Bakı. Trend:
Avropada, xüsusən qitənin cənubunda yerləşən ölkələrdə anomal
istilər hökm sürür.
Trend xarici KİV-lərə
istinadən xəbər verir ki,iyun ayının olmasına baxmayaraq, artıq
yarımadanın bəzi bölgələrində havanın temperaturu 40 dərəcəyə qədər
yüksəlib.
Məlumata görə, şiddətli istilər səbəbindən İtaliyanın paytaxtı
Romada infrastruktur quruculuq layihələrinin fəaliyyəti müvəqqəti
dayandırılıb.
Sinoptiklər irəliləyən günlərdə havanın temperaturunun
yüksələcəyini qeyd ediblər.





























