Advertisement

Təkrar prezident seçilən Putin ilk rəsmi səfərini Çinə edəcək – KİV

Bakı. Trend:

Yenidən Rusiya Federasiyasının prezidenti seçilən Vladimir Putin
ilk rəsmi səfərini Çinə edəcək.

Trend xəbər
verir ki, bu barədə “Reuters” agentliyi adı çəkilməyən mənbələrə
istinadən məlumat yayıb.

Bildirilir ki, Putin Çin Xalq Respublikasının Sədri Si Cinpin
ilə danışıqlar üçün may ayında ölkəyə səfər edəcək.

Səfərin böyük ehtimalla may ayının ikinci yarısında baş tutacağı
gözlənilir. Kreml xəbərlə bağlı şərh bildirməkdən imtina edib,
Çinin Xarici İşlər Nazirliyi isə hələlik agentliyin sorğusunu
cavablandırmayıb.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin andiçmə
mərasiminin mayın 7-də keçiriləcəyi gözlənilir.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun