Bakı. Trend:
Çinin cənubundakı Quandon əyalətinin Pinyuan rayonunda şiddətli
yağışların yaratdığı fəsadlar səbəbindən 38 nəfər ölüb, 2 nəfər
itkin düşüb.
Trend xəbər verir ki, bu barədə əyalətin fövqəladə halların
idarəedilməsi mərkəzi açıqlama yayıb. İtkin düşənlərin axtarışları
zamanı bir neçə nəfərin meyiti tapılıb.
Bölgədə iyunun 15-dən başlayan şiddətli yağışlar torpaq
sürüşməsi, daşqın, sel kimi fəsadlara səbəb olub. Nəticədə yaşayış
məntəqələrini, əkin sahələrini su basıb, nəqliyyat
infrastrukturuna, kommunikasiya xətlərinə ziyan dəyib. Təxminən 388
min evin elektriklə təchizatında fasilələr yaranıb.





























