Advertisement

Türkiyədə meşə yanğınları – 11 nəfər öldü

Bakı. Trend:

Türkiyənin Diyarbəkir və Mardin vilayətlərində baş verən
yanğınlarda 11 nəfər həyatını itirib.

Trend xəbər verir ki, bu barədə məlumatı Türkiyənin səhiyyə
naziri Fəxrəddin Qoca “X” hesabında etdiyi paylaşımda
açıqlayıb.

O qeyd edib ki, yanğından 78 nəfər zərər çəkib.

Nazir bildirib ki, Diyarbəkirlə Mardin sərhədindəki kəndlərdə
baş verən bu yanğınlar səbəbindən hazırda Diyarbəkirdə 5 nəfər
reanimasiyaya yerləşdirilib.

Qeyd edək ki, ötən gün Türkiyənin Diyarbəkir vilayətinin Çinar,
Mardin vilayətinin Mazıdagı rayonları arasındakı əkin sahəsində
yanğın olub. Ən son məlumatda hadisə nəticəsində 5 nəfərin öldüyü,
44 nəfərin xəsarət aldığı bildirilirdi.