Advertisement

Almaniyada casusluq edən Ermənistan vətəndaşı saxlanılıb

Bakı. Trend:

Almaniya hüquq-mühafizə orqanları üç nəfəri – Rusiya, Ukrayna və
Ermənistan vətəndaşlarını xarici kəşfiyyat xidmətinə işləməkdə
şübhəli bilərək saxlayıb.

Trend xəbər verir ki, bu barədə Almaniya Baş Prokurorluğu
məlumat yayıb.

Bildirilib ki, saxlanılan üç nəfər Almaniyada xarici kəşfiyyatın
göstərişi ilə Ukraynadan olan şəxslər haqqında məlumat toplamaq
məqsədi ilə fəaliyyət göstəriblər.

Söhbətin hansı ölkənin kəşfiyyat xidmətindən getdiyi barədə
məlumat verilməyib. Şübhəlilər iyunun 19-da saxlanılıb, iyunun
20-də isə hakim onların həbsi üçün order verib və icra edib.