Advertisement

Belarus XİN Ermənistana nota verib

Bakı. Trend:

Belarus Xarici İşlər Nazirliyi Ermənistana nota verib.

Trend xəbər verir ki, bu barədə Belarus XİN məlumat yayıb.

Bildirilib ki, Ermənistanın Belarusdakı müvəqqəti işlər vəkili
XİN-ə çağırılıb.

“İyunun 21-də Belarus Xarici İşlər Nazirliyində MDB ölkələri ilə
ikitərəfli əməkdaşlıq departamentinin rəhbəri Sergey Molunovla
Ermənistan Respublikasının Ermənistandakı müvəqqəti işlər vəkili
Narek Tiraturyan arasında görüş keçirilib.

Diplomatlar ikitərəfli münasibətlərin bir sıra aktual
məsələlərini, ticarət-iqtisadi əməkdaşlığın perspektivlərini və
birgə inteqrasiya strukturlarında qarşılıqlı fəaliyyət məsələlərini
müzakirə ediblər. İki xalq arasında çoxillik dostluq əlaqələri
vurğulanıb”, – XİN-in bəyanatında deyilir.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan bundan
əvvəl Azərbaycandakı bəyanatlarına görə prezident Lukaşenko orada
olduğu müddətdə heç vaxt Belarusa səfər etməyəcəyini bəyan
etmişdi.

“Lukaşenko orada prezident olduğu müddətdə nə mən, nə də başqa
erməni rəsmisi Belarusa səfər etməyəcəyik”.

Paşinyanın bəyanatlarına cavab olaraq Belarus Xarici İşlər
Nazirliyi bildirib ki, Minsk Ermənistan baş nazirinin “impulsiv
bəyanatlarını” sakitliklə qiymətləndirir.

Belarusun Rusiyadakı səfirliyinin müşaviri Aleksandr Şpakovski
bildirib ki, Belarus Respublikası Ermənistandakı daxili siyasi
proseslərə, eləcə də, İrəvanın xarici siyasətinə qarışmır, lakin bu
ölkə qarşılıqlılıq prinsiplərinə əsaslanaraq tərəfdaşlarından və
müttəfiqlərindən analoji addımlar gözləyir.