Advertisement

Türkiyə İraqda şəhid verib – Üç terrorçu öldürülüb

Bakı. Trend:

Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı “Pənçə-Kilit”
əməliyyat bölgəsində şəhid verib.

Trend xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə
Nazirliyindən bildirilib.

Qeyd olunub ki, terrorçularla atışmada çavuş Mehmet Ali Horoz
şəhid olub. Əməliyyat zamanı üç terrorçu öldürülüb.

Nazirlikdən verilən məlumata görə, bölgədə əməliyyatlar davam
edir.