Bakı. Trend:
Niderland və daha bir ölkə Ukraynaya “Patriot” zenit-raket
kompleksini (ZRK) birgə tədarük etməyi planlaşdırır.
Trend-in məlumatına görə, bu barədə “NL Times” nəşrti Niderland
müdafiə naziri Kaysa Ollonqrenə istinadən bildirib.
“Niderland Ukraynaya “Patriot” zenit-raket kompleksini göndərmək
üçün digər bir ölkə ilə birləşib”, – deyə qeyd olunub.
K.Ollonqren hansı dövlətdən söhbət getdiyini
dəqiqləşdirməyib.
Bundan əlavə, nazir Rumıniyanın “Patriot” hava hücumundan
müdafiə sistemini Ukraynaya ötürmək qərarını dəstəklədiyini
bildirib və ABŞ-ın Kiyevə daha çox dəstək verməyə çalışdığını
bildirib.





























