Advertisement

Bu ölkədə quş qripi epidemiyası qeydə alınıb

Bakı. Trend:

Qabonda quş qripi yayılmağa başlayıb.

Trend-in
məlumatına görə, bu barədə “Reuters” agentliyi Ümumdünya Heyvan
Sağlamlığı Təşkilatına istinadən bildirib.

Bildirilib ki, quş qripinin “H5N1” ştammı ilə yoluxma ocağı
Librevil şəhərinin quşçuluq bazarında aşkar edilib.

Hələki ölkə hakimiyyəti yoluxan quşların hansı fermadan
gəldiyini müəyyən edə bilməyiblər.