Advertisement

ABŞ-dəki Rusiya viza mərkəzinin hər iki filialı bağlanır

Bakı. Trend:

Amerika administrasiyası Rusiya viza mərkəzinin ABŞ-dəki hər iki
filialını bağlayır.

Trend rus KİV-lərinə
istinadən xəbər verir ki, bu barədə Rusiyanın Vaşinqtondakı səfiri
Anatoli Antonov məlumat verib.

O qeyd edib ki, ABŞ administrasiyası rusiyalı diplomatları
ölkədə vergi ödəməmək imkanından məhrum edir.

“Hər gün bizə qarşı hücumlar edilir və bu gün, cəmi bir saat
əvvəl, amerikalılar bizə viza mərkəzinin bağlanması barədə bildiriş
göndərdilər. İndi də Rusiya diplomatlarının və konsullarının
çiyninə əlavə yük düşür. Biz soydaşlarımızı tərk etməyəcəyik”, –
səfir əlavə edib.