Advertisement

TikTok İnstaqrama rəqib olacaq yeni tətbiqini təqdim edib

Bakı. Trend:

TikTok yeni sosial media tətbiqi olan “Whee”ni təqdim edib.

Trend bu barədə türk
KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, proqram istifadəçilərə yalnız fotoşəkilləri
paylaşmağa imkan verir. Ötən aylarda 30 dəqiqəlik videolarla
yutubda yer almağa hazırlaşan TikTok instaqrama rəqib olacaq
tətbiqi hazırlayıb.

“Whee” adlı foto tətbiqi hazırda “Google Play Store”da test
mərhələsindədir.