
Bakı. Trend:
İraqın şimalında “Pəncə-Kilid” əməliyyatı bölgəsində terrorçu
qruplaşmanın üzvlərinin hücumu nəticəsində Türkiyə ordusunun bir
əsgəri şəhid olub, 4 əsgər yaralanıb.
Trend xəbər
verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat
yayıb.
İlkin məlumata görə, 6 terrorçu zərərsizləşdirilib, bölgədə
əməliyyatlar davam edir.
Qeyd olunub ki, Türkiyə ordusunun yaralanan əsgərləri dərhal
xəstəxanaya yerləşdirilib və müalicələrinə başlanılıb.





























