Advertisement

Həştərxan hava limanı təcili boşaldılıb

Bakı. Trend:

Həştərxan hava limanı təcili boşaldılıb.

Trend xəbər verir ki, bu
barədə Rusiya Daxili İşlər Nazirliyinin Nəqliyyat üzrə Həştərxan
idarəsi məlumat yayıb.

Məlumata görə, hava limanında mina xəbəri səbəbindən sərnişinlər
təxliyə edilib.

Hazırda axtarış işləri davam edir.