Advertisement

Həcc ziyarətində ölənlərin yarıdan çoxu qeydiyyatdan keçməmiş zəvvarlar olub

Bakı. Trend:

Həcc ziyarəti zamanı ölənlərin yarıdan çoxu qeydiyyatdan
keçməmiş zəvvarlar olub.

Trend bu barədə xarici
KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, qeyri-müntəzəm kanallar vasitəsilə Həcc
ziyarətinə gedən zəvvarlar kondisionerli çadır və avtobuslara daxil
ola bilməyib. Həcc ziyarəti zamanı 658 misirli, 200-dən çox
indoneziyalı, 98 hindistanlı, 49 tunisli olmaqla, 1081 zəvvar
yüksək temperatur səbəbindən həyatını itirib.

Ölənlər arasında Pakistan, Malayziya, İordaniya, İran, Seneqal,
Sudan, Kürdüstan Muxtar Respublikası və ABŞ vətəndaşlarının da
olduğu bildirilir.