Bakı. Trend:
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller həmvətənlərini
Rusiyaya səfərdən çəkinməyə çağırıb.
Trend xəbər verir ki, bu
barədə ABŞ rəsmisi mətbuat konfransında bildirib.
“Heç bir amerikalı heç bir səbəbdən Rusiyaya səfər etməməlidir.
Başa düşürəm ki, bəzən Rusiyada qohumları olan amerikalılar, çox
vaxt səhhətində problem olan qocalara baş çəkmək istəyənlərin
Rusiya Federasiyasına səyahəti həyati zərurət daşıyır. Heç vaxt,
heç bir səbəbdən Rusiyaya getməyin!”, – o əlavə edib.





























