Advertisement

Bu ölkədə COVID-ə yoluxma sayında artım var

Bakı. Trend:

Yunanıstanda koronavirusa görə xəstəxanaya yerləşdirilənlərin
sayında artım olduğu bildirilib.

Trend xəbər verir ki, bununla
bağlı Yunanıstan Milli İctimai Səhiyyə Təşkilatı (EODY) həftəlik
hesabat dərc edib.

Qeyd edilib ki, 10-16 iyun tarixləri arasında “COVİD-19”
epidemiyası səbəbiylə xəstəxanaya yerləşdirilən xəstələrin sayı 324
nəfər olub. Bununla yanaşı, həmin tarix ərzində 5 nəfər dünyasını
dəyişib, 12 nəfər intubasiya olunub. Əvvəlki dörd həftə ərzində
xəstəxanaya yerləşdirilmələrin sayı 166 idi.