Advertisement

Rumıniya öz pilotsuz uçuş aparatlarını istehsal edəcək

Bakı. Trend:

Rumıniya öz pilotsuz uçuş aparatlarını istehsal edəcək.

Trend xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat naziri Radu
Oprea bildirib.

“Mən əminəm ki, yayın sonuna qədər Rumıniyada pilotsuz uçuş
aparatı üçün hazır bir layihə mövcud olacaq. Əqli mülkiyyət
hüquqlarını əldə etməsi üçün layihə milli müdafiə şirkəti
“Romarm”ın müəssisələrindən birində sınaqdan keçiriləcək”, – deyə o
qeyd edib.