Bakı. Trend:
Milli Statistika Agentliyinin iyunun 22-də dərc edilmiş
məlumatına görə, 2024-cü ilin yanvar-may aylarında Özbəkistanda
təbii qazın hasilatı 18,8 milyard kubmetr təşkil edib.
Trend xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu
göstərici 5,2 faiz azalıb.
Nəşrlərdə bildirilir ki, neftin hasilatı da 327,6 min tondan 305
min tona qədər azalıb. Hesabat dövrü üzrə kömürün də hasilatı aşağı
düşüb: 1,97 milyon tondan 1,9 milyon tona.
Eyni zamanda, Statistika Agentliyinin hesabatına görə, bu ilin
ilk beş ayı ərzində Özbəkistan qaz kondensatı hasilatını 527,5 min
tona qədər artırıb, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə
3,2 faiz çoxdur.





























