Bakı. Trend:
Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yayında Dəniz Ticarət
Yükdaşımalarının Əlaqələndirilməsi Mərkəzi (UKMTO) Yəmən
sahillərində gəmiyə yeni hücum barədə məlumat verib.
Trend-in məlumatına görə, bu barədə Mərkəz “X” sosial
şəbəkəsində yazıb.
“UKMTO Yəmənin Hudeyda şəhərindən 65 dəniz mili qərbində baş
vermiş insident barədə bildiriş alıb”, – deyə bildirilib. Qeyd
olunub ki, hakimiyyət orqanları hadisənin başvermə şəraitini
araşdırır.
Gəmilərə ehtiyatlı olmaq və hər hansı şübhəli fəaliyyət barədə
UKMTO-ya məlumat vermək tövsiyə olunur.
UKMTO-nun hücum kimi təsnif etdiyi hadisənin təfərrüatları
verilməyib.





























