Advertisement

Aİ Tokio və Seul ilə hərbi tərəfdaşlıq qurmaq niyyətindədir

Bakı. Trend:

Rusiya və Şimali Koreya arasında imzalanan Hərtərəfli Strateji
Tərəfdaşlıq Sazişi fonunda Avropa İttifaqı (Aİ) Cənubi Koreya və
Yaponiya ilə müdafiə sahəsində əməkdaşlığı gücləndirməyi
planlaşdırır.

Trend-in
məlumatına görə bu barədə Yaponiyanın “Nikkei” qəzeti mənbələrə
istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, cari ilin sonuna qədər nazirlər
səviyyəsində Aİ ilə ölkələr arasında saziş bağlana bilər.

Müqavilə müdafiə sənayesinə məhsulların birgə hazırlanmasına və
satınalma coğrafiyasının genişləndirilməsinə imkan verəcək. Aİ,
həmçinin kosmos, kibertəhlükəsizlik, dezinformasiya ilə mübarizə və
digər sahələrdə əməkdaşlıq imkanlarını nəzərdən keçirir. Yaponiya
ilə ayrıca tərəfdaşlıq planına nüvə təhlükəsizliyi və tərk-silahı
daxildir.