Bakı. Trend:
Dərbənddə naməlum şəxslər sinaqoq və kilsəni avtomat silahlardan
atəşə tutub.
Trend-in məlumatına görə, bu barədə Dağıstan Respublikası üzrə
Rusiya Daxili İşlər Nazirliyi bildirib.
Bildirilib ki, ilkin məlumata görə, bir polis əməkdaşı həlak
olub, biri isə yaralanıb.
“Şübhəlilərin qaçdığı avtomobilin 921 nömrəli ilə ağ rəngli
“Volkswagen Polo” olduğu müəyyən edilib. Hadisə aydınlaşdırılır.
Ölən və yaralanan polis əməkdaşları ilə bağlı məlumat
dəqiqləşdirilir”, – deyə bildirilib.





























