Advertisement

Mahaçqalada kilsə və sinaqoqa hücum edən iki nəfər zərərsizləşdirilib

Bakı. Trend:

Mahaçqalada kilsə və sinaqoqa hücum edən iki yaraqlı
zərərsizləşdirilib,

Trend xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanları
bildiriblər.

İki yaraqlının məhv edilməsini Dağıstan Daxili İşlər
Nazirliyinin mətbuat xidməti təsdiqləyib.

Bundan əvvəl Dağıstan Daxili İşlər Nazirliyinin mətbuat
xidmətinə istinadən xəbər verilmişdi ki, naməlum şəxslər Dərbənddə
sinaqoq və kilsəyə hücum ediblər, bir polis əməkdaşı həlak olub,
digəri isə yaralanıb.

Daha sonra Mahaçqalada yol polisi postunun atəşə tutulması, 1
polisin öldüyü, daha 6 nəfərin yaralandığı məlum olub.