Bakı. Trend:
Honkonq (Çin) və Sinqapur dünyada əcnəbilərin yaşamaları üçün ən
baha şəhərlər siyahısına başçılıq edir.
Trend xəbər verir ki, bu barədə ABŞ-ın “Mercer” konsaltinq
şirkətinin qiymətləndirmələrinin nəticəsi əsasında hazırlanan
hesabatda bildirilir.
Qiymətləndirmə 226 şəhər üzrə 200 amilə, o cümlədən mənzil
kirayəsi, nəqliyyat və əyləncə xidmətləri, ərzaq, gündəlik tələbat
mallar və geyimlərin qiymətlərinə əsasən aparılıb.
Siyahıda sonrakı 4 yeri İsveçrənin Sürix, Cenevrə, Bazel və Bern
şəhərləri, ilk onluğun qalan yerlərini isə Nyu-York, London, Nassau
(Baham adaları) və Los-Anceles tutur.
“Mercer”in ekspertlərinin rəyinə əsasən, əcnəbilərin yaşamaları
üçün ən ucuz şəhərlər isə Nigeriyanın Abuca və Laqos, Pakistanın
İslamabad və Kəraçi şəhərləri, habelə Bişkek, Blanayr (Malavi),
Düşənbə, Durban (CAR), Vindhuk (Namibiya) və Havanadır.





























