Bakı. Trend:
Sloveniya Prezidenti Nataşa Pirts Musar iyunun 27-də Kiyevə
səfər edəcək və burada Ukrayna ilə ikitərəfli təhlükəsizlik sazişi
imzalayacaq.
Trend xəbər verir ki, bu barədə Sloveniyanın Radio və
Televiziyası məlumat yayıb.
“Bu razılaşma ilə biz Ukraynaya lazım olduğu müddətdə kömək
etməyə davam edəcəyik”, – deyə dövlət başçısı bildirib.
“Delo” qəzetinin yazdığına görə, müdafiə və xarici işlər
nazirlikləri tərəfindən hazırlanan təhlükəsizlik sazişi məcburi
beynəlxalq müqavilə deyil, sadəcə olaraq Ukraynaya uzunmüddətli
dəstək üçün siyasi iradənin ifadəsidir. Hazırda NATO-nun doqquz
üzvü Kiyevlə analoji sazişlər imzalayıb.





























