Bakı. Trend:
Türkiyə jandarmasının Batman şəhərindəki Gercüş ərazisində
həyata keçirdiyi “Bozdağan-45” əməliyyatı nəticəsində qırmızı
kateqoriyada olan terrorçu Sultan Dağ öldürülüb.
Trend xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri
Ali Yerlikaya “X” sosial şəbəkəsində məlumat yayıb.
O bildirib ki, “Beritan Amara” kod adlı terrorçu rəhbər
şəxslərdən olub.
Əməliyyat nəticəsində “Zeynep Cüdi” kod adlı Zeynep Nibat da
məhv edilib.
Adıçəkilən şəxslərin Türkiyə hüquq-mühafizə orqanlarına qarşı
bir neçə terror aktında iştirak etdiyi bildirilir.





























