Advertisement

Fransada əmək birjasına kiberhücumla bağlı 3 nəfər saxlanılıb

Bakı. Trend:

Fransada milyonlarla sakinin şəxsi məlumatlarının əmək birjası
məlumat bazasından sındırılması və oğurlanması ilə bağlı aparılan
istintaq çərçivəsində üç nəfər saxlanılıb.

Trend-in
məlumatına görə, bu barədə “France Info” radio stansiyası ölkə
prokurorluğuna istinadən bildirib.

Məlumata əsasən, martın 17-də 21-23 yaşlarında olan üç şübhəli
saxlanılıb, lakin prokurorluq bunu yalnız martın 19-u
açıqlayıb.

Saxlanılanların günün sonuna qədər hakim qarşısına çıxacağı və
onlara qarşı ittihamların irəli sürüləcəyi gözlənilir.