Advertisement

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketini qəbul edib

Bakı. Trend:

Avropa İttifaqı Rusiyaya qarşı 14-cü sanksiyalar paketini qəbul
edib. Rusiya Federasiyasının 116 fiziki və hüquqi şəxsi
məhdudiyyətlərə məruz qalıb.

Trend xəbər verir ki, Brüssel, həmçinin Rusiya, Çin, Birləşmiş
Ərəb Əmirlikləri və Türkiyənin 61 kompaniyasını 14-cü sanksiya
paketinə daxil edib, onlara ikili təyinatlı texnologiyalarının
ixracına məhdudiyyətlər qoyulub.

Avropa İttifaqı Rusiyadan maye qaz almağa davam etsə də, onun
təkrar ixracını qadağan edib. Eyni zamanda üçüncü ölkələrə hərbi
məhsul satan Avropa şirkətləri onların Rusiyaya təkrar ixracı ilə
bağlı riskləri müəyyənləşdirməli və qiymətləndirməlidir.

Yeni sanksiyalar paketinə, həmçinin Rusiya maye qazının Avropa
limanlarından tranzitinə məhdudiyyətlər, rusların Ukraynadan
çıxardığı mədəni və tarixi sərvətlərin satışına qadağalar, bu
ölkəyə helium idxalının, həmçinin, elektron komponentlərin, manqan
və digər nadir elementlərin ixracının məhdudlaşdırılması
daxildir.

Yeni sanksiyalar paketində Avropa İttifaqının
aviakompaniyalarına rusiyalı fiziki və hüquqi şəxslərin sifarişi
ilə çarter və şəxsi uçuşlar həyata keçirmək də qadağan olunub.