Bakı. Trend:
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiyanın Prezidenti
Vladimir Putinə Dağıstanda baş verən terror hücumları ilə əlaqədar
başsağlığı verib.
Trend xəbər verir ki, Qazaxıstan Prezidenti güc strukturları
vasitəsilə əməliyyat-axtarış fəaliyyətlərinin həyata keçirilməsində
Rusiyaya kömək təklif edib.
Prezident qeyd edib ki, Qazaxıstan bu qeyri-insani hərəkəti
qətiyyətlə pisləyir, BMT, Şanxay Əməkdaşlıq Təşkilatı və digər
mötəbər beynəlxalq təşkilatların himayəsi altında terrorizmə qarşı
mübarizədə çoxtərəfli əməkdaşlığın inkişafını dəstəkləyir.





























