Bakı. Trend:
Rəsmi Pekin ABŞ hökumətinin Çinə sərmayə qoyuluşunu
məhdudlaşdırmaq planına sərt etirazını bildirib.
Trend xəbər verir ki, Çinin Kommersiya Nazirliyinin məsələyə
dair açıqlamasında Birləşmiş Ştatların bu addımının Çin və ABŞ
şirkətləri arasında normal iqtisadi-ticari əməkdaşlığa mənfi təsir
edəcəyi, beynəlxalq iqtisadi və ticarət nizamını pozacağı qeyd
olunub.
“ABŞ tərəfi bazar iqtisadiyyatı qanunlarına və ədalətli rəqabət
prinsipinə hörmət etməli, iqtisadi və ticari məsələlərin
siyasiləşdirilməsini dayandırmalı, Çinə investisiya yatırımlarına
məhdudiyyətləri aradan qaldırmalı, Çin ilə ABŞ arasında işgüzar
əməkdaşlıq üçün əlverişli şərait yaratmalıdır”, – deyə Kommersiya
Nazirliyinin açıqlamasında vurğulanır.
Qurum ABŞ-nin bu cür addımlarına cavab hüququna malik olduğunu
da bəyan edib.
Qeyd edək ki, iyunun 21-də Birləşmiş Ştatların Xəzinə
Departamenti ABŞ şirkətlərinin Çinə sərmayə yatırımlarına
məhdudiyyət tətbiq edə biləcətyini açıqlayıb.





























