Bakı. Trend:
2011-2023-cü illərdə tətbiq edilən sanksiyalar İran
iqtisadiyyatına bir trilyon 200 milyard dollar məbləğində ziyan
vurub.
Trend xəbər verir ki, bunu
İran Ticarət Palatasının keçmiş rəhbəri Hüseyn Selahvarazi
bildirib.
Onun sözlərinə görə, seçiləcək yeni prezident qərblə
sanksiyaların aradan qaldırılması istiqamətində mürəkkəb
danışıqların öhdəsindən gəlməlidir.
Qeyd edək ki, iyunun 28-də İranda prezident seçkisi
keçiriləcək.





























