
Bakı. Trend:
Cənubi Koreya və ABŞ Şimali Koreya sərhədi yaxınlığında təlimlər
keçirirlər.
Trend-in
məlumatına görə, bu barədə “Yonhap” agentliyi xəbər verib.
Martın 11-də başlayan iki həftəlik təlim sərhəddəki Paju
şəhərinin İmjin çayında keçirilir.
Təlimlərdə Cənubi Koreya ordusunun 5-ci zirehli briqadasının və
ABŞ-ın 2-ci piyada diviziyasının mühəndis batalyonunun 470-ə yaxın
hərbçisi iştirak edir.
Qeyd olunub ki, təlimlərə 65-ə yaxın texnika, “CH-47D Chinook”
helikopterləri, “AH-64E Apache” hücum helikopterləri, “K1 E1”
tankları və qısa mənzilli “yer-hava” raketləri cəlb olunub.





























