Bakı. Trend:
Ermənistan İnzibati Məhkəməsinin əməkdaşları tətilə
başlayıb.
Trend bu barədə erməni
KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, hakim köməkçiləri, məhkəmə katibləri və
katiblərin iştirak etdiyi aksiyaya səbəb maaşların az
olmasıdır.
Məhkəmə ofisi yerli vaxtla saat 12:30-dan etibarən bağlıdır.





























