Bakı. Trend:
Pakistanın Kəraçi şəhərində son 24 saatda həddindən artıq
istilər nəticəsində 14 nəfər həyatını itirib.
Trend bu barədə xarici
KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, ölkənin bəzi bölgələrində havanın temperaturu 53
dərəcəni göstərib, Kəraçidə isə 76% rütubətlilik fonunda 45 dərəcə
isti olub.
İnsanlara vacib hallar istisna olmaqla, evlərini tərk
etməmələri, bol maye içmələri və səyahət etməmələri barədə
xəbərdarlıq edilib.
Pakistan Meteorologiya Departamenti temperaturun daha da arta
biləcəyini bildirib.





























