Advertisement

Rusiyada elmi-tədqiqat institutunda yanğın: 7 ölü

Bakı. Trend:

Moskva vilayətində “Platan” Elmi-Tədqiqat İnstitutunun əsas
binasında yanğın başlayıb.

Trend bu barədə rus
KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, yanğının sahəsi 4500 kvadrat metrə qədər
genişlənib. Yanğın nəticəsində 7 nəfər ölüb.

Alov bütün binanı bürüyüb. Yanğın başlayanda binada olan bir
neçə nəfər barədə məlumat yoxdur.

Yanğının söndürülməsinə iki yanğınsöndürən helikopter cəlb
olunub.