Advertisement

BMT tarixin ən isti ilini açıqlayıb

Bakı. Trend:

Ümumdünya Meteorologiya Təşkilatının (WMO) dərc etdiyi hesabata
əsasən, 2023-cü il BMT müşahidələri tarixində ən isti il olub.

Trend xarici KİV-lərə
istinadən xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio
Quterreş hesabatı şərh edərkən deyib.

Antonio Quterreş qeyd edib ki, bəzi göstəricilərin təkcə ən
yüksək deyil, çox yüksək olduğu, iqlim dəyişikliyi getdikcə daha
sürətlə baş verib.

“Qlobal istiləşmənin nəticələri kəskin, qəddar və ölümcül güclə
böyüyür”, – o deyib.

WMO-nun hesabatına görə, 2023-cü ildə karbon qazı emissiyaları,
Yer səthinin temperaturu, okeanların temperaturunun yüksəlməsi və
buzlaqların əriməsi rekordları qırılıb.