Bakı. Trend:
Çin hökuməti Polşa ilə bir neçə sahədə qarşılıqlı əlaqənin
intensivləşdirilməsi zərurətini nəzərə alaraq bu ölkənin
vətəndaşları üçün 15 günlük vizasız rejim tətbiq edəcək.
Trend xarici KİV-lərə
istinadən xəbər verir ki, bu barədə Çinin dövlət başçısı Si Cinpin
bəyan edib.
Qeyd edilir ki, Çin birtərəfli qaydada Polşa vətəndaşları üçün
15 günlük vizasız rejim tətbiq etmək qərarına gəlib.
“İki ölkə arasında mədəni-humanitar və gənclər mübadiləsinin
artırılması, elm adamları ilə medianın qarşılıqlı fəaliyyətinin
intensivləşdirilməsi vacibdir”, – Çin lideri qeyd edib.





























