Advertisement

Ukrayna ordusunun Birləşmiş Qüvvələrinin komandanı dəyisdirilib

Bakı. Trend:

Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna Silahlı
Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı Yuri Sodolu
vəzifəsindən azad edib.

Trend-in məlumatına görə, bu barədə V.Zelenski öz “Telegram”
kanalında bildirib.

Ukrayna prezidenti qeyd edib ki, onun yerinə briqada generalı
Andrey Qnatov təyin edilib.

Məlumata görə, Y.Sodol son vaxtlar fəal şəkildə tənqid
olunub.