Advertisement

İsrail ordusu Rəfahda “HƏMAS”ın demək olar ki, tamamilə məhv olduğunu bildirib

Bakı. Trend:

İsrail Müdafiə Qüvvələri (ÇAXAL) Rafahda “HƏMAS” döyüşçülərini
dəmək olar ki, məhv edib.

Trend-in
məlumatına görə, bu barədə “The Jerusalem Post” nəşri İsrail
ordusunun Baş Qərargah rəisi Herzi Haleviyə istinadən xəbər
verib..

“Rəfahdakı döyüşlərdə böyük uğurlar qazandıq”, – deyə H.Halevi
bildirib.

O əlavə edib ki, İsrail ordusu Rəfahda yerləşən “HƏMAS”
briqadasını tamamilə məhv etmək məqamına yaxınlaşıb.

H.Halevi əlavə edib ki, hərbçilər çoxlu sayda infrastrukturu
məhv edib və “çoxlu terrorçunu öldürüblər”.